İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək

Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının keçirilməsi məsələsi üzərində iş gedir.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə KTMT qüvvələrinin Ermənistanda yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, KTMT-nin keçirilməsi planlaşdırılan növbədənkənar sessiyasında təşkilata üzv ölkələrin liderlərinin videokonfrans rejimində KTMT-nin Ermənistandakı missiyasının işinin yekunlarını müzakirə edəcəkləri güman olunur.

Zaxarova KTMT liderlərinin İrəvana yardımın göstərilməsi ilə bağlı birgə tədbirlərlə bağlı təkliflərə baxacaqlarını söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR