İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin Qafqazda gizli səfərbərlik planı - Rusiyanın taleyi həll ediləcək

“Rusiya Qafqaz regionlarında, o cümlədən penitensiar müəssisələrdə gizli səfərbərlik aparır”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“İnsan qüvvəsində böyük itkilərdən sonra boşluğu doldurmaq üçün Rusiya Federasiyasında gizli səfərbərliyi davam etdirirlər. Xüsusilə, Qafqaz regionlarında hərbi yaşda olan kişilərin Ukrayna ərazisində döyüş əməliyyatlarında iştiraka göndərilməsi məqsədilə aktiv məcburi səfərbərlik davam etdirilir”, - məlumatda deyilir.

Qərargah bildirir ki, bütün kişilər “sağlamlığından və döyüşmək istəyindən asılı olmayaraq” səfərbərliyə alınır.

Bundan əlavə, Baş Qərargahın məlumatına görə, səfərbər olunanların əhəmiyyətli hissəsi “penitensiar müəssisələrdə cəza çəkən vətəndaşlardır”.

“Məhkumlar Ukrayna ərazisindəki döyüş əməliyyatlarında könüllü iştirak etmək şərti ilə azadlığa buraxılırlar”, - deyə məlumatda bildirilir.//Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR