İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Paşinyanın açıqlamalarına REAKSİYA: Putinin sözçüsü danışdı

“Moskva Nikol Paşinyanın Ermənistanın KTMT-dən çıxma ehtimalı ilə bağlı bəyanatlarını dinləyib, qarşıda çox iş var, vəziyyəti aydınlaşdırmaq üçün təmaslara ehtiyac yaranıb”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Əlbəttə, biz bu bəyanatları eşitmişik. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Biz baş nazirin verdiyi bəyanatlara uyğun olaraq münasibətimizi bildirəcəyik”, - deyə Peskov qeyd edib.

O, Nikol Paşinyanın KTMT ilə bağlı suallarını təşkilatın özünə yönləndirib və Kremlin təşkilat adından danışa bilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında KTMT-nin İrəvanın ölkənin suveren ərazisi ilə bağlı verdiyi suallara cavab vermədiyi halda Ermənistanın təşkilatdan çıxacağını söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR