İnsanlara hürriyət, millətlərə istiqlal!

Kraliçanın sirri ölümündən sonra üzə çıxdı: Heç kimin görməyini istəmirmiş - FOTOLAR

Fotoqraf Con Rankin Vaddel sentyabr ayında 96 yaşında vəfat edən Kraliça II Elizabet haqqında maraqlı faktlara toxunub.

Musavat.com xəbər verir ki, məşhurların fotoqrafı kimi tanınan Vaddel kraliçanın, demək olar ki, həmişə əlcək taxmasının səbəbindən danışıb.

Vaddelin sözlərinə görə, II Elizabet əllərinin görünüşünü bəyənmirdi və bu səbəbdən onların görünməsini ümumiyyətlə istəmirdi.

Fotoqraf deyib ki, onlar 2002-ci ildə Kraliçanın taxta çıxmasının 50-ci ildönümündə fotosessiya üçün tanış olublar. Vaddel hakimiyyətinin qızıl yubileyində (50 il) obyektivlər qarşısına keçən kraliçadan qılıncla poza verməsini istəyib. Lakin II Elizabet fotoda əllərinin görünməsini istəməyib və bunu fotoqrafa açıq şəkildə bildirib.

"Mən ona dedim ki, sizi qılınc tutarkən görmək istəyirəm. O isə əllərini bəyənmədiyini söylədi və əlləri görünən şəkildə poza vermək istəmədi" - fotoqaf deyib.

Həqiqətən də, əlcəklər Kraliça II Elizabet haqqında yaddaşlara həkk olunmuş detallardan biridir. Kraliça, demək olar ki, həmişə əllərini bu əlcəklərin altında gizlədir, istər ictimai yerlərdə, istərsə də şam yeməklərində...

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR