İnsanlara hürriyət, millətlərə istiqlal!

Kostanyan Əraqçıya hesabat verdi

Ermənistan və İran Cənubi Qafqazdakı nəqliyyat əlaqələrini müzakirə etdi

Musavat.com xəbər verir ki, bu gün Tehranda Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə İran xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilib.

Görüşdə Kostanyan Cənubi Qafqazdakı son proseslər barədə məlumat verərək, İranla münasibətlərin Ermənistan üçün xüsusi və strateji əhəmiyyət kəsb etdiyini bildirib. O vurğulayıb ki, Yerevan hər hansı sülh, təhlükəsizlik və nəqliyyat razılaşmalarını müzakirə edərkən Tehranın mövqeyini nəzərə alır, iki ölkə arasında sabitliyin və qarşılıqlı maraqların qorunmasına üstünlük verir.

Erməni rəsmisi həmçinin Ermənistan baş naziri və XİN naziri ilə İran prezidenti və xarici işlər naziri arasında baş tutmuş son telefon danışıqlarına toxunaraq, Ermənistan–Azərbaycan sülh müqaviləsinin hazırlanması və paraflanması, eləcə də nəqliyyat əlaqələrinin açılması ilə bağlı detalları paylaşıb.

Abbas Əraqçi iki tərəfli münasibətləri inkişaf etdirməyə hazır olduqlarını bildirib və Ermənistan–Azərbaycan arasında sülhün bütün region dövlətlərinin ərazi bütövlüyü qorunmaq şərti ilə dəstəkləndiyini təsdiqləyib. O qeyd edib ki, nəqliyyat marşrutlarının açılması geosiyasi tarazlığı dəyişdirməməli və mövcud kommunikasiya xətlərini məhdudlaşdırmamalıdır.

İran XİN başçısının sözlərinə görə, regional məsələlər region ölkələrinin iştirakı ilə 3+3 formatında, xarici müdaxilələr olmadan həll edilməlidir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR