İnsanlara hürriyət, millətlərə istiqlal!

Korsikalılar Makronı divara dirəyib: “Millətə və dilimizə status ver!”   

 

 Əsas tələblərlə bağlı razılaşma olmadığı üçün  yaxın aylarda Korsikada gərginlik artacaq

Fransa prezidenti Emmanuel Makronun Korsika adasının statusu ilə bağlı bəyanatı Pandora qutusunu açıb. Polşa Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı  Amanda Dziubinska Paris üçün əsas ərazi problemlərindən birinin səbəblərini açıqlayıb və Makronu gözləyən təhlükələrdən yazıb.   

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, sentyabda Makron Korsikaya səfər edib. Fransa prezidenti Korsika məclisində etdiyi çıxışda daha böyük muxtariyyət statusunun Fransa Konstitusiyasına daxil edilməsinə tərəfdarı olduğunu bildirib. “Beləliklə, hökumət adada bir ildən artıqdır ki, kəskinləşən siyasi böhrandan çıxış yolu axtarır. 2022-ci il Fransa prezident seçkilərinə üç həftə qalmış Korsikada 1998-ci ildə bir prefektin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilmiş separatçı İvan Kolonnanın həbsxanada öldürülməsindən sonra etirazlar dalğası başlayır. İvan Kolonna  Korsika separatizminin və adanın müstəqilliyi uğrunda mübarizənin simvolu kimi  qəbul edilirdi.  Korsikanın statusu məsələsi daha sonra Fransada ictimai müzakirələrin bir hissəsi oldu. Adada artan gərginliyə və kütləvi anti-hökumət etirazlarına cavab olaraq, Daxili İşlər Naziri Korsikanın statusunun dəyişdirilməsi ilə bağlı danışıqlar apardığını elan etdi.   Amma hökumət adada bir ildən artıqdır ki, kəskinləşən siyasi böhrandan çıxış yolu axtarır. Fransa hökuməti ilə  və korsikalılar siyasətçilər arasında adanın gələcəyi ilə bağlı keçən danışıqlar dalana dirənib. Bu,  adanın statusu ilə bağlı ciddi mövqe fərqləri ilə bağlıdır. Korsikanın  solçu millətçiləri  "korsika millətinin" qanuni tanınmasına, Korsika dilinin rəsmi status verilməsini  tələb edirlər.     Korsikanın təhsil, səhiyyə və vergi siyasətinin  müstəqil idarə edilməsi də tələblər sırasındadır.  

Makron Korsikanın millət və dillə bağlı tələblərindən   ehtiyat edir. Makron  deyib ki,  yaxın altı ay ərzində Korsika partiyaları ilə razılığa gəlmək istəyir ki, konstitusiyaya dəyişiklik təklifləri daha sonra Fransa Milli Assambleyayası və  Senatına təqdim  etsin.  Makron  Fransanın “bütün ərazi arxitekturasını” yenidən qurmağa hazır olduğunu bildirib.  

Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı  Amanda Dziubinska deyib ki, əsas tələblərlə bağlı razılaşma olmadığı üçün  yaxın aylarda Korsikada gərginliyi artıracaq. “Yerli əhalinin və adada fəaliyyət göstərən banklar və sığorta şirkətləri kimi təşkilatların təhlükəsizliyi risk altında olacaq. Onlar torpaq satışına dəstək verən şirkət və qurumlarla mübarizə bəhanəsi ilə hədəfə alına bilər. Korsika dilinin fransız dili ilə qanuni bərabərləşdirilməsi bütün dövlət qulluqçularının işini çətinləşdirəcək, hətta qeyri-mümkün edəcək” deyə,  Dzibunski təhlilində yazıb.   

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR