İnsanlara hürriyət, millətlərə istiqlal!

Korsikada Fransa əleyhinə ETİRAZ - Polisdən sərt müdaxilə - VİDEO

Korsikanın Bastiya şəhərində Fransaya qarşı aksiya keçirilib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, etirazçıların diqqət mərkəzində Fransa prezidenti Emmanuel Makronun administrasiyası olub.

Onlar "Nazione" hərəkatının həbsdə olan üzvlərinin azad edilməsini tələb ediblər.

Tələblərdən biri də Korsika dili ilə bağlıdır. Ada sakinləri dillərinin tanınmasını istəyirlər.

Məlumata görə, polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bəzi yerlərdə kiçik yanğınlar olub. 

Qeyd edək ki, 18-ci əsrdən bəri Fransanın müstəmləkəsi altında olan adada o vaxtdan bəri müstəqillik çağırışlarını dilə gətirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR