Onlayn ictimai-siyasi qəzet
Koreya Respublikasının Konstitusiya Məhkəməsi Milli Assambleyanın (parlament) arqumentləri ilə razılaşmayaraq baş nazir Han Duk-Sunun impiçmenti təşəbbüsünü rədd edib.
Musavat.com xarici ahentliklərə istinadən xəbər verir ki, məlumatı məhkəmənin mətbuat xidməti yayıb.
Bildirilir ki, Məhkəmənin səkkiz hakimindən yalnız biri baş nazirin impiçmentini dəstəkləyib. Nəticədə Han Duk-Su öz vəzifəsinə bərpa edilib və eyni zamanda prezident səlahiyyətlərini icra edəcək.
Bəzi ekspertlər hesab edirlər ki, hazırkı qərar Cənubi Koreya prezidenti Yon Sok-Yeol-un oxşar işdə hansı hökmü ala biləcəyinin göstəricisi ola bilər.
Xatırladaq ki, 27 dekabr 2024-cü ildə parlament baş nazirə impiçment elan edib.
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ