İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqresin qərarı Moskvanı qəzəbləndirdi: ABŞ buna cavab verəcək

"ABŞ-ın Kiyevə yeni hərbi yardım paketi ayırması birbaşa terror fəaliyyətinə sponsorluqdur".

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Ukrayna, İsrail və Tayvana hərbi yardımın ayrılması ilə bağlı qərar qlobal böhranı daha da gərginləşdirəcək. Zaxarova qeyd edib ki, Tayvana yardım Çinin daxili işlərinə qarışmaqdır və İsrailə yardım regionda gərginliyi artıran birbaşa yoldur.

ABŞ Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi qərarına görə cavabdehlik daşıyacaq. Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, Moskva bu addıma mütləq cavab verəcək: "Əlbəttə, əgər bu doğrudursa, Amerika buna görə cavab verməli olacaq. Və burada müvəqqəti məhdudiyyətlərin olması ehtimalı azdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR