İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya polisi dörd ton kokain müsadirə edib

Kolumbiya polisi Kartagena liman şəhərində dörd ton kokain müsadirə edib və bununla bağlı 30 nəfəri saxlayıb.

"Azərtac" Kolumbiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro bildirib.

Prezident narkotik vasitələrin alveri ilə məşğul olan kartellərə müraciət edərək onların qarşısında yalnız iki seçim olduğunu deyib: onlar ya zorla dayandırılacaq, ya da ticarəti dayandırmaq üçün ədalətə müraciət edəcəklər.

Bu il avqustun 7-də prezident səlahiyyətlərinin icrasına başlayan Qustavo Petro ölkə daxilində sülhə nail olmağın vacibliyini və istənilən qruplaşma ilə danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib. Həmçinin o, seçki kampaniyası zamanı ABŞ-la sıx əməkdaşlıq şəraitində həyata keçirilən narkotiklərlə mübarizə siyasətinin effektivliyini şübhə altına alıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR