Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan “Hayastan” fraksiyasının deputat mandatını alıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya rəhbəri Vaaqn Hovakimyan məlumat verib.
Daha əvvəl məlum olub ki, “Hayastan” fraksiyasından deputat Armen Çarçyan istefa verib. Siyahıda ondan sonra gələn Ermənistan parlamentinin eyni blokdan deputatlığına namizədləri - Miqrdat Madatyan (№ 47), Angela Nalbandyan (№ 48), Gerasim Vardanyan (№ 49) - Mərkəzi Seçki Komissiyasına mandatlarından imtina etməklə bağlı vəsatətlər təqdim ediblər. Nəticə etibarı ilə 50 saylı siyahıda göstərilən namizəd deputat mandatı almalıdır, yəni Levon Köçəryan. Hovakimyan qeyd edib ki, deputat mandatından bir neçə namizəd imtina edib və seçki siyahısında növbə kiçik Köçəryana çatıb.
Qeyd edək ki, Levon Köçəryan hazırda həbsdədir. Bildirilir ki, Köçəryanın azadlığa buraxılmasına əsas Konstitusiya Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarıdır. Vəkillərin sözlərinə görə, eks-prezidentin oğlu azadlığa buraxılacaq, lakin ona qarşı cinayət təqibi dayandırılmayacaq.
Xatırladaq ki, Levon Köçəryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. Daha sonra o, polis əməkdaşları tərəfindən döyüldüyü üçün xəstəxanaya yerləşdirilib. Paytaxt tibb mərkəzlərinin birində ona beyin silkələnməsi diaqnozu qoyulub. Lakin buna baxmayaraq, Köçəryan 4 polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb. Daha sonra məhkəmə onu həbs edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ