Onlayn ictimai-siyasi qəzet
Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sülhün möhkəmlənməsinə və region ölkələrinin siyasi çəkisinin artmasına ciddi töhfə verəcək.
Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
“Bu sülh sazişini son dərəcə mühüm hesab edirəm. Son 35 ildə Gürcüstan regionda sülhün təşviqində çox mühüm rol oynayıb və dənizə çıxışı olmayan qonşularımız üçün dəstəyi davam etdirir. Gürcüstanın bu ölkələrlə iqtisadi tərəfdaşlığı onların inkişafında həlledici rol oynayır. Məhz buna görə də sülh sazişinin imzalanmasına çox sevinirik. Hazırda hər üç ölkədə yüksək iqtisadi artım müşahidə olunur və bu, məhz sülhün və əla əməkdaşlığın nəticəsidir. Bu xətt üzrə irəliləməyə davam etməliyik. Cənubi Qafqazın inkişafı barədə Gürcüstanın baxışı da məhz budur”, - deyə Kobaxidze "TRT World"ə müsahibəsində bildirib.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ