Onlayn ictimai-siyasi qəzet
Rusiya müxalifətçisi, hüquqşünas Mark Feygin bildirib ki, Ukraynaya qarşı müharibə yalnız Vladimir Putinin müharibəsidir və onun gedişi də birbaşa Putinlə bağlıdır.
Musavat.com xəbər verir ki, bu barədə o, ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində danışıb.
“Putin olmasa, bu müharibə dərhal dayanacaq. Bu savaşın nə ideoloji dayağı var, nə də real məqsədi”, - deyə Feygin bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynadakı müharibəyə bütün resurslarını sərf etsə də, 4 il ərzində nəticə əldə edə bilməyib.
Feygin istehza ilə qeyd edib ki, Rusiya rəhbərliyi vaxtilə “Kiyevi üç günə alacağına” ümid edirdi, amma indi Sumi şəhərini almaq “Marsa uçmaq” qədər mümkünsüz görünür.
Musavat.com
03 Avqust 2025
08:00
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? – Reuters iddia edir ki...
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ