Onlayn ictimai-siyasi qəzet
Vaşinqton Ukraynada diplomatik yollarla sülh əldə etmək cəhdlərini dayandıra bilər.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ Dövlət Katibi Marko Rubio deyib.
O, eyni zamanda açıq şəkildə bildirib ki, vəziyyət artıq qərarın qəbul edilməli olduğu məqama yaxınlaşır.
“Biz bu işdə lazım olduğu qədər iştirak etməyə hazırıq", - Rubio deyib.
O qeyd edib ki, indi vəziyyət münaqişənin həllinin mümkün olub-olmaması barədə qərar vermək lazım olduğu ana yaxınlaşır. Ona görə də ABŞ hər iki tərəflə dialoq aparır, lakin bu işi həftələrlə, aylarla davam etdirmək fikrində deyil. Buna görə də Amerika xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, bunun mümkün olub-olmadığını çox tez, bir neçə gün ərzində müəyyən etmək lazımdır.
Rubio Rusiyaya qarşı sanksiyalarla bağlı suala da aydınlıq gətirib. Onun sözlərinə görə, sanksiyaların bir hissəsi Avropa İttifaqı tərəfindən qoyulub və ABŞ onları ləğv edə bilməz. O əlavə edib ki, sanksiyalar sazişin tərkib hissəsi olarsa, Aİ ölkələri danışıqlara cəlb edilməlidir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Kiyevdə yaşayan polkovnik Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ