İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə TARİXİ addım - FOTO

Kiyevin mərkəzində “Vətən” abidəsinin qalxanına Ukraynanın rəsmi gerbi quraşdırılıb.

Musavat.com “Azadlıq” radiosunun Ukrayna xidmətinə istinadən xəbər verir ki, o, SSRİ-nin sökülən gerbini əvəz edib.

“Axır ki, bu baş verdi. Ukrayna “üç dişlisi” (Ukrayna gerbinə verilən qeyri rəsmi ad - red.) öz yerindədir. Bu, mürəkkəb, məsuliyyətli, tarixi addım oldu. Bunu həyata keçirən hər kəsə - sponsorlara, dizaynerlərə, inşaatçılara, heykəltaraşlara, Müharibə Muzeyinin əməkdaşlarına təşəkkürlər”, - deyə Ukraynanın keçmiş mədəniyyət naziri Aleksandr Tkaçenko öz teleqram kanalında yazıb.

Qeyd edək ki, “Vətən” abidəsində Ukraynanın gerbi dünəndən quraşdırılmağa başlanıb. Həmin gün “üçdişli” birinci səviyyəyə - 24 metrə qaldırılıb. Söküntü işləri iyulun sonundan davam etdirilib. Abidə İkinci Dünya müharibəsi illərindən Ukrayna Milli Tarixi Muzeyinin ərazisində yerləşir. O, 1981-ci ildə tikilib və Avropanın ən hündür heykəli hesab olunur. Ölkənin Müstəqillik Gününə qədər onun “Ana Ukrayna” adlandırılması planlaşdırılır. SSRİ-nin gerbi isə saxlanmaq üçün muzeyə göndəriləcək.

Bu vaxta qədər abidə Ukraynada qəbul edilmiş desovetizasiya qanunlarına aid olunmayıb. Kiyevin bir çox sakinləri onu sovet dövrünün abidəsi kimi deyil, şəhərin simvollarından biri olaraq qəbul edirlər. Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı işğal hərəkatı başlayandan sonra sovet simvollarının Ukrayna simvolları ilə əvəzlənməsinin mümkünlüyü ilə bağlı sorğu aparılıb. 780 min sorğu iştirakçısının 85%-i qalxandakı gerbin dəyişdirilməsinin lehinə səs verib. Mədəniyyət Nazirliyi bu dəyişikliyi təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR