İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTOLAR

Kiyevdəki Ukrayna Aktyorlar Evində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) dəstəyi, Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

DABF-ın Media Mərkəzindən Xəzərnews.az-a verilən məlumata görə, böyük anşlaqla keçən konsertdə Heydər Əliyevin xoşladığı musiqi nömrələri Azərbaycan və Ukrayn dillərində ifa olunub.

Konsertdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və diplomatik korpusun əməkdaşları, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Valeri Kolyux, Ukrayna Ali Radası sadərinin müşaviri, UABD sədri Hikmət Cavadov, Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov və digər rəsmi şəxslər, diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR