İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə ağır gecə: Rusiya raketləri metro relslərini və binaları darmadağın etdi

Ötən gecə Rusiya Ukraynanın demək olar ki, bütün əyalətlərini əhatə edən kütləvi hava hücumu həyata keçirib. İlk növbədə ağır zərbələr paytaxt Kitevə endirilib.

Musavat.com Unian-a istinadən xəbər verir ki, şəhərdə böyük dağıntılar baş verib, iyirmidən çox insan itkisi var. Ukraynanın uzaq qərbindəki Lutsk şəhərində də dağıntılar və yaralanan dinc sakinlər var.
Xüsusən də paytaxtda mülki infrastruktur obyektləri, yaşayış binaları, avtomobillər, “Darnitsa” və “Livoberejnaya” stansiyaları arasındakı metro relsləri zədələnib. Kiyev meri Vitali Kliçkonun yenilənmiş məlumatına görə, 4 nəfər ölüb, 20 nəfər yaralanıb, onlardan 16-sı xəstəxanaya yerləşdirilib.
“Düşmənin hücumu nəticəsində zədələnmiş metro relslərinin bərpası üzrə işlər 24 saat davam edəcək”, - Kliçko bildirib.

Kiyev Şəhər Hərbi Administrasiyasının (KCMA) məlumatına görə, kütləvi hücum nəticəsində Kiyevin ən azı 6 rayonunda dağıntılar qeydə alınıb.

Bundan əlavə, ötən gecə Ukraynanın qərbindəki şəhərlər də vurulub. Xüsusilə Lutsk və Ternopol. Lutsk meri İqor Polisçukun sözlərinə görə, ruslar şəhərə 15 pilotsuz uçuş aparatı və 6 raket atıblar. Şəhərdə bir neçə partlayış olub, hava hücumundan müdafiə sistemi fəaliyyət göstərirdi. İlkin olaraq 5 nəfər yaralandığı bildirilir, ölənlər barədə məlumat yoxdur.

Ternopolda isə şəhər meri Serhiy Nadalın sözlərinə görə, sənaye obyektlərinə və infrastruktur obyektlərinə zərbələr endirilib. Hadisə yerində müvafiq xidmətlər işləyir: "Ternopolun bir hissəsi işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsi səbəbindən şəhərdə suyun təzyiqi aşağı düşüb. Yuxarı mərtəbələrdə təzyiq olmaya bilər. Hazırda bərpa işləri aparılır".

Qeyd edək ki, Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığında Ukraynanın hərbi aerodromlara zərbələrinə cavab veriləcəyini bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR