Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Kiyev bu gecə kamikadze tipli pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hücum nəticəsində şəhərin hava hücumundan müdafiə sistemi (HHM) işə düşüb.
Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) rəhbəri Timur Tkaçenkonun məlumatına görə, paytaxtın Qolosieyevo rayonunda vurulmuş dronun qalıqları istifadəsiz binada yanğına səbəb olub. Digər ziyan isə Darnitsa rayonunda qeydə alınıb – orada dron qalıqları nəticəsində fərdi yaşayış evi dağılıb.
Hazırda dağıntılar altında bir nəfərin qaldığı ehtimal olunur. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Musavat.com
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ