İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev Moskva ilə danışıqlara hazırlaşır:Ukrayna təslimçi sülhə MƏCBUR EDİLİR? – FOTO

Bir müddət əvvəl Kremlin nümayəndəsi Dmitri Peskov Rusiyanın Vladimir Putinin irəli sürdüyü şərtlər əsasında Ukrayna ilə danışıqlara hazır olduğunu bildirmişdi. Dekabrın 8-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp da Putindən Ukrayna probleminin həlli ilə bağlı işə başlamağı xahiş edib. Onun fikrincə, Çin bu işdə kömək edə bilər.

Dekabrın 11-də isə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbər müşaviri Mixail Podolyak televiziyaya müsahibəsində bildirib ki, Kiyev Moskva ilə danışıqlar prosesinə başlamağa hazırdır. Bununla belə, o qeyd edib ki, sadə bir həll yolunu gözləmək lazım deyil. M.Podolyak Ukraynaya ədalətli sülh şərtləri lazım olduğunu diqqətə çatdırıb.

Kiyev Moskva ilə danışıqlara hazırlaşır: <span style=color:red>Ukrayna təslimçi sülhə MƏCBUR EDİLİR? - FOTO

Maraqlıdır, Qərb Ukraynanı bir növ təslimçi sülh sazişinə hazırlayır? Dünənə kimi Moskva ilə danışıqlardan birmənalı imtina edən, Rusiyadan 1991-ci il sərhədlərinə doğru geri çəkilməsini tələb edən Kiyev indi Putinin irəli sürdüyü şərtlərlə razılaşır?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, D.Trampın gəlişi ilə Ukraynanın təslimçi sülhə məcbur ediləcəyi fikri çoxdan yayılır.

Kiyev Moskva ilə danışıqlara hazırlaşır: <span style=color:red>Ukrayna təslimçi sülhə MƏCBUR EDİLİR? - FOTO

Onun sözlərinə görə, Rusiya da öz planlarını buna görə qurur: “Trampın hələ seçki dövründə “bu müharibəni 24 saata bitirəcəyəm”, – deməsi Ukraynanın məğlubiyyətinə işarə idi. Belə bir müharibənin qısa və məhdud zaman kəsiyində bitirilməsi ancaq işğal edilmiş ərazilərin Rusiyada qalması ilə mümkün ola bilərdi ki, zatən plan da budur. Amma Ukraynanın Rusiyanın 1991-ci il sərhədlərinə çəkilməsi tələbi bu məsələnin qısa müddətdə həll olunmayacağı anlamına gəlir. Ukrayna ABŞ-nin dəstəyindən məhrum olacaqsa, təbii olaraq vəziyyəti yaxşı olmayacaq. Amma NATO-nun digər üzvlərinin Ukraynaya dəstək vermək ehtimalları danışılır. NATO Baş katibi Mark Rutte də bəyan edib ki, Alyans Ukraynanı yalnız qoymayacaq. Tramp isə ABŞ-nin hətta NATO-dan çıxa biləcəyini də açıqlayıb. Görünən odur ki, Trampla NATO arasında ciddi fikir ayrılığı var və Trampın Avropanı NATO-dan çıxmaqla hədələməsi də boşuna deyil”.

Kiyev Moskva ilə danışıqlara hazırlaşır: <span style=color:red>Ukrayna təslimçi sülhə MƏCBUR EDİLİR? - FOTO

Siyasi şərhçi Ukraynanın təslimçi sülhə məcbur edilməyəcəyini dilə gətirib: “Belə bir ehtimalın olacağına, Ukraynanın da bununla razılaşacağına inanmıram. Kiyev ən pis halda müvəqqəti olaraq atəşkəslə razılaşa bilər. Bu, Rusiya ilə sülh müqaviləsi imzalamaq anlamına gəlmir. Təbii ki, Rusiyaya zaman vermək onun yenidən güclənməsi və işğal etdiyi ərazilərdə daha da möhkəmlənməsi anlamına gəlir. Çünki Rusiyanı girdiyi yerdən çıxarmaq çətin məsələdir. Amma sanksiyaların saxlanılması, Rusiyanın sivil dünyadan izolyasiya edilməsi öz işini görə bilər. Dünya Putin və Tramp sonrası dövrdə bu məsələyə yenidən qayıda bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR