İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: Bayden administrasiyası respublikaçılarla Ukraynaya yardımla bağlı danışıqlar aparmağa çalışır

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Respublikaçılar Partiyası ilə Kiyevə yardım məsələsi üzrə danışıqlar aparmağa çalışır.

“Report” xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Politico” qəzeti məlumat yayıb.

“Ağ Ev etiraf edir ki, nə vaxtsa mətbuatın Ukraynadakı münaqişəyə diqqət yetirməyəcəyinə görə Konqresdən Kiyevə yardımın göstərilməsi səngiyəcək. Bununla belə, Vaşinqton administrasiyası qanunvericilərin Ukraynaya enerji təchizatının bərpası və digər yardımlar üçün büdcədən vəsait ayıracağını gözləyir.

Beləliklə, Ağ Ev ümid edir ki, Konqresin Kiyevə dəstək üçün daha 37,7 milyard dollar ayırmağa razılıq verəcək. O, Nümayəndələr Palatasında mötədil respublikaçılarla, həmçinin Ukraynaya yardımı dəstəkləyən Senatda azlıqların lideri Mitç Makonnell ilə məsləhətləşmələr aparır” - məqalədə deyilir.

Qeyd olunub ki, Pentaqonun nümayəndələri də onlarla bu məsələni müzakirə edirlər. Bu onunla əlaqədardır ki, yanvarın 3-də aşağı palataya nəzarət respublikaçılara keçəcək və növbəti çağırış Konqres öz işinə başlayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR