İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: ABŞ Rusiyaya ixracatla əlaqədar Qırğızıstana məhdudiyyətlər tətbiq edə bilər

ABŞ bu həftə ərzində Rusiyaya edilən texnoloji və hərbi tədarüklərə cavab olaraq Qırğızıstana qarşı yeni iqtisadi məcburetmə tədbirləri elan edə bilər.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, Prezident Cozef Baydenin administrasiyası Bişkekə “bir çox amerikalı və avropalı diplomatın bir neçə aylıq nəticəsiz səfərlərindən” sonra sanksiyalar hazırlamağa başlayıb.

Onlar Qırğızıstanın konkret nə ilə üzləşə biləcəyini dəqiqləşdirməyiblər, lakin xatırladıblar ki, Vaşinqton əvvəllər Qırğızıstan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib, onları qara siyahılara salıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR