Onlayn ictimai-siyasi qəzet
Rusiyada davam edən anti-Azərbaycan kampaniyaları səngiməmiş ruslar indi də digər millətlərə qarşı çıxmağa başlayıblar.
Belə ki, Rusiyanın Saratov vilayətində etnik zəmində yeni gərginlik yaşanıb. İyulun 1-də Podlesnoye kəndində 15 yaşlı yeniyetmənin avtomobil qəzasında həlak olmasından sonra yüzlərlə kənd sakini ayağa qalxaraq yerli qaraçı icmasına qarşı etiraz aksiyası keçirib.
Məlumata görə, səhər saatlarında 36 yaşlı sürücünün idarə etdiyi “Lada Vesta” markalı avtomobillə “Bolt” mopedini idarə edən yeniyetmə toqquşub və hadisə yerində həyatını itirib. Faktla bağlı yol hərəkəti qaydalarının pozulması və ehtiyatsızlıqdan ölümə səbəb olmaq maddəsi ilə cinayət işi açılıb.
Elə həmin axşam kənddə etiraz təşkil edilib. Etirazların əsas hədəfi isə kənddə yaşayan qaraçılar olub. Sakinlər onların aqressiv davrandığını, dəstə halında davalara qatıldıqlarını və qeyri-qanuni yollarla qazanc əldə etdiklərini bildiriblər.
Etiraza rayon rəhbərliyi, prokuror və polis rəisi də qatılıb. Sakinlər qaraçıların kənddən çıxarılmasını tələb ediblər və Çelyabinsk vilayətinin Korkino şəhərində baş vermiş oxşar hadisəni xatırladıblar – həmin insidentdən sonra oradakı qaraçı icması tamamilə köçürülmüşdü.Rayon rəhbəri söz verib ki, kənddə qeyri-qanuni yaşayanlar oradan çıxarılacaq.
Bu hadisə Rusiyada anti-Azərbaycan ritorikası fonunda digər azlıqlara qarşı da nifrət kampaniyasının gücləndiyini və ölkədə etnik gərginliyin partlayış həddinə çatdığını göstərir.
Şahanə Rəhimli
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ