İnsanlara hürriyət, millətlərə istiqlal!

Tənzimləyici qurum Bakıda və Abşeron yarımadasında mobil rabitənin keyfiyyətini ölçüb

Azərbaycanın telekommunikasiya və poçt sahələri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəxəssislərindən ibarət ölçmə qrupları Bakıda və Abşeron yarımadası ərazisində 14 əhəmiyyətli marşrut üzrə sellülar (mobil) telekommunikasiya xidmətinin keyfiyyətinin ölçülməsini həyata keçirib.

Marşrutların müəyyənləşdirilməsində “Ookla” şirkətinin “CellAnalytics” mobil şəbəkə analiz platformasının ilkin təhlillərindən istifadə olunub. Marşrutların seçilməsində daha çox trafik cəmləşməsi olan və xidmət keyfiyyətində zəif göstəricilər müşahidə olunan istiqamətlərə üstünlük verilib. Qeyd edək ki, “Cell Analytics” “Speedtest” tətbiqi vasitəsilə toplanılan məlumatlardan istifadə edir. Bu məlumatlar ənənəvi (gəzinti və ya nəqliyyat vasitəsilə) ölçmələrin əhatə etmədiyi yerlərdən də, məsələn, evlərdən, ofislərdən və ya xüsusi məkanlardan daxil olur. Bu yanaşma daha geniş və əhatəli informasiya təmin edir.

Sellülar (mobil) telekommunikasiya xidməti üzrə aparılan ölçmələrin nəticələri ölkədə fəaliyyət göstərən mobil operatorlara təqdim edilib. Mobil rabitə şəbəkəsinin nisbətən zəif olduğu ərazilərdə bu çətinliklərin aradan qaldırılması üçün addımların atılması tövsiyə olunub.

Ölçmə qrupları sellülar (mobil) telekommunikasiya xidmətinin keyfiyyətinin ölçülməsi üçün ərazilərin, obyektlərin və marşrutların əhəmiyyətini, habelə istehlakçı şikayətlərini nəzərə alaraq müntəzəm şəkildə ölçmələr aparır və xidmət keyfiyyətinin təmin edilməsi üçün çalışırlar.

Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR