İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kiminsə adını çəkən deyiləm” - General Ramiz Tahirov

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunaraq, ehtiyata buraxılıb.

Musavat.com-un məlumatına görə manset.az general-leytenent Ramiz Tahirovla əlaqə saxlayıb.

Ramiz müəllim, vəzifənizdən azad olunmağınızla bağlı nə deyə bilərsiniz? Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəksiniz?

- Mən Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Mənim xidmətlərim yüksək qiymətləndirilib. Hazırda bir sıra təkliflər var, qərar verməmişəm. Yəqin ki, bundan sonra hərbi sistemdə olmayacam. Başqa bir sahədən təklif var. Sahənin konkret hara olması ilə bağlı bir söz deməyəcəm.

Hazırda öz yerinizə komandan kimi görürsünüz?

- Öz yerimə kimin təyin olunacağı məsələsinə gəlincə, bu mənim səlahiyyətimdə deyil. Kifayət qədər potensiallı insanlar var. Kiminsə adını çəkən deyiləm.

Sizin yerinizə bir neçə şəxsin adı çəkilir. Onlar kifayət qədər təcrübəli yoldaşlardır. Biri general Vətən Müharibəsi qəhrəmanı Namiq İslamzadə, digəri isə Hərbi Hava Qüvvələrinin Hava Təlim komandiri general Namiq Bayramovdur. Bu barədə nə deyə bilərsiniz?

- Hər ikisini tanıyıram. Namiq Bayramovla Naxçıvanda bir yerdə çalışmışıq. Biləvasitə bu sahədə çox təcrübəli və biliklidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR