İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna valyutası ÇÖKDÜ: Dollar bu qiymətə oldu

Ukrayna milli valyutası olan qrivnanın ABŞ dolları qarşısında kursu tarixən ən aşağı səviyyəyə düşüb.

Musavat.com xəbər verir ki, Ukraynanın Mərkəzi Bankının (NBU) rəsmi məlumatlarına görə, qrivna 1 ABŞ dolları üçün 42,03 səviyyəsinə enib. Bu göstərici Ukrayna tarixində ən aşağı rəqəmdir.

2022-ci ilin fevralında Ukrayna Mərkəzi Bankı qrivnanın dollar qarşısındakı kursunu 29,25 olaraq müəyyən etmişdi. Lakin, 2023-cü ilin oktyabrından etibarən ölkədə idarə olunan çevik valyuta kursu tətbiq olunmağa başlanılıb və o vaxtdan etibarən qrivna dollara qarşı tədricən dəyər itirməyə başlayıb.

Həmçinin, yaz aylarında Ukraynanın Mərkəzi Bankı qrivnanın kursunu dəstəkləmək üçün hər ay təxminən 3 milyard dollar məbləğində valyuta ehtiyatlarından istifadə etdiyi bildirilmişdi. Avqust ayında isə məlum oldu ki, qrivna depozitləri 1,2% azalaraq 747,8 milyard qrivnaya düşüb, o cümlədən dollar depozitləri 1,4% artaraq 9,5 milyard dollar ekvivalentinə çatıb.

Bundan əlavə, Ukrayna Mərkəzi Bankı xaricdəki xərcləri də nəzarətdə saxlayır. 

Mənbə: https://www.gazeta.ru/business/news/2025/01/03/24765314.shtml

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR