Onlayn ictimai-siyasi qəzet
Yeni Suriya administrasiyasının nümayəndələri Almaniya xarici işlər nazirinə əl uzatmaqdan imtina etdilər
Yeni Suriya administrasiyasının nümayəndələri Almaniya xarici işlər naziri Annalena Berboka əl sıxmaqdan imtina ediblər.
Musavat.com xəbər verir ki, bu hadisə, Berbokun Suriyaya qeyri-rəsmi səfəri zamanı baş tutan görüşdə qeydə alınıb. Görüşün videosunda hətta Suriyanın yeni lideri Əhməd əş-Şaranın onun yanındakı kişi cinsindən olan şəxslə əlllə görüşdüyü, qadın cinsindən olan Berboka isə təzimlə salam veriyi açıq şəkildə görünür.
Berbokun Suriya səfərinin məqsədləri ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, görüş zamanı baş verən bu hadisə sosial mediada geniş yayılıb.
Bu cür jestin səbəbi isə radikal islamçı görüşlərə malik olan Suriyanın yeni hakimiyyətinin Berboku özlərinə naməhrəm görmələridir.
Musavat.com
06 Yanvar 2025
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ