İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni araşdırma: spirtli içkilər 7 növ xərçəng yaradır - etiketlərə yazılsın ki...

ABŞ-ın baş cərrahı Vivek Murti alkoqolun sağlamlığa zərərli təsirləri ilə bağlı yeni araşdırmaların nəticələrini açıqlayaraq, alkoqolun yeddi növ xərçənglə əlaqəli olduğunu bildirib.

O, alkoqollu içkilərin etiketlərində xərçəng riski ilə bağlı xəbərdarlıqların siqaret qutularında olduğu kimi göstərilməsini təklif edib.

Bu barədə Musavat.com xarici mediaya istinadla xəbər verir.

Murti qeyd edib ki, ABŞ-da hər il 100 min xərçəng halı və 20 min ölüm alkoqol istifadəsi ilə əlaqələndirilir. Bundan əlavə, alkoqol 13 500 ölümcül yol-nəqliyyat hadisəsinə də səbəb olur. Onun sözlərinə görə, alkoqol tütün və piylənmədən sonra xərçəngin qarşısı alına bilən üçüncü əsas səbəbdir.

Murti, amerikalıların əksəriyyətinin alkoqolun sağlamlıq üçün bu qədər ciddi risklər yaratdığından xəbərsiz olduğunu vurğulayıb və məlumatlandırma tədbirlərinin artırılmasının vacibliyini qeyd edib.

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR