İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransızların 61% -i Makronun istefasını istəyir

Fransada keçirilmiş son sorğu prezident Emmanuel Makronun dəstəyinin əhəmiyyətli dərəcədə azaldığını göstərir.

Musavat.com xəbər verirki, Odoxa-Backbone şirkətinin Le Figaro üçün apardığı sorğuya əsasən, fransızların 61%-i Makronun istefasını tələb edir. Bu rəqəm 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 7% artıb.

Sorğunun nəticələri həmçinin göstərir ki, respondentlərin:

62%-i Makronun prezidentliyini "avtoritar" olaraq xarakterizə edir,
86%-i isə 2025-ci ildə prezidentin yeni baş nazir təyin etmək məcburiyyətində qalacağını düşünür.

Makronun prezidentliyi ilə bağlı artan narazılığın əsas səbəbləri ölkədə sosial gərginlik, iqtisadi çətinliklər və onun idarəçilik üslubu ilə əlaqələndirilir.

Fransada siyasi vəziyyət gərgin olaraq qalır və bu nəticələr Makron administrasiyasına qarşı ictimai təzyiqlərin daha da artacağından xəbər verir.

Ekspertlər yaxın aylarda vəziyyətin daha da mürəkkəbləşə biləcəyini proqnozlaşdırırlar. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

05 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR