Onlayn ictimai-siyasi qəzet
Kim Çen Inın qızı Kim Ju-ae Şimali Koreyanın növbəti lideri olmaq üçün təlimlərə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
"Kim Ju-ae KXDR-in növbəti lideri olmaq üçün xüsusi təlim keçir", - agentliyin Cənubi Koreya kəşfiyyatındakı mənbələrdən aldığı məlumatda deyilir.
Materialın müəllifləri qeyd ediblər ki, Şimali Koreyanın dövlət mediası Kim Çen Inın qızının sosial fəaliyyətini işıqlandırıb.
Qeyd edək ki, artıq iki ildir Şimali Koreya lideri bir sıra tədbirlərə, o cümlədən ballistik raketlərin sınaq buraxılışları mərasiminə qızının müşayiəti ilə gedir. Onun qızı hələ çox gəncdir. Güman ki, Kim Çen In qızı 20-30 il sonrakı perspektiv üçün hazırlayır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ