İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiçik sahibkarlara bəd xəbər! Ekspert XƏBƏRDARLIQ ETDİ

Vergi Məcəlləsinə edilən son dəyişikliklə yanvarın 1-dən etibarən 3-dən az işçisi olan, eləcə də təkbaşına fəaliyyət göstərən mikrosahibkarlar üçün güzəştli vergi dərəcəsi (5%) ləğv edərək 20%-ə qaldırılır. Ekspertlər bunu kiçik ticarətə ciddi zərbə kimi dəyərləndirir.

Musavat.com xəbər verir ki, ötən ilin məlumatına görə, Azərbaycanda sahibkarların təqribən 99,6 faizini kiçik və orta sahibkarlıq (KOB) təşkil edib.

Eyni zamanda, onların 93,3 faizini mikrosahibkarlıq subyektləri təşkil edib. Ümumiyyətlə isə pandemiyanın ölkədə orta və kiçik sahibkarlığa ciddi zərbə vurduğu məlumdur. Bu dövrdə kiçik sahibkarların borcları ilə bağlı daha çox narazılıqları yaranmışdı. Sahibkarlar bildirirdilər ki, banklarla ciddi problemləri var, kredit borclarını ödəyə bilmirlər, hər hansı dəstək almırlar. Qeyd edilirdi ki, kiçik sahibkarlara güzəştli kreditlər şamil edilmir.

SAHİB.jpg (115 KB)

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov mövzu ilə bağlı deyib ki, növbəti ildən mikrosahibkarlıq subyektlərinin əksəriyyəti fəaliyyətini dayandırmalı olacaq:

“Xüsusən dövriyyəsi 15-25 000 arası olan və muzdlu içə cəlb etmədən tək fəaliyyət göstərənlər (ekspertlər, təlimçilər, kiçik sənətkarlıqla məğul olanlar və s.). Vergi Məcəlləsinə edilən dəyişikliklə mikrosahibkarların (illik dövriyyəsi 200 000 az olanlar) gəlir vergisinə tətbiq olunan 75%-lik güzəşt ləğv olunur. Bu o deməkdir ki, gəlir vergisinin həcmi 20% təşkil edəcək. Bunun üstünə 1% nağdlaşma vergisi, bank xərclər və hazırda 101 manat aylıq təşkil edən (icbari və tibbi sığorta bir yerdə) sığorta xərclərini də gələndə fəaliyyət mənasını itirir. Yəni nə qazansan, ən azı 50%-ni verməlisən. Bəzi hallarda isə qazancın üstünə əlavə etməlisən (məsələn aylıq gəlir 100 manat olarsa, onun üzərinə 1 manat da əlavə edib sosial sığorta xərclərinə, 5% gəlir vergisinə ödənilməlidir. Minimum əmək haqqı artarsa, 100 manata daha çox əlavə etmək lazım gələcək). Problem var idi. Amma onun bu yolla həlli şəksiz ki, mikrosahibkarlığa ağır zərbə olacaq. Bəzi ekspertlər yenə də qonşu ölkələrdə hesab açıb vergiləri başqa dövlətin büdcəsinə ödəyəcək. Mənim kimilər isə VÖEN-i dondurmaqla kifayətlənəcək”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR