İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiçik Kennedi ABŞ-də inqilab olacağını proqnozlaşdırır

ABŞ prezidentliyinə namizəd, keçmiş Amerika prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi ABŞ-nin inqilabla üz-üzə qaldığını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə siyasətçi X sosial şəbəkəsində yazıb.

Kiçik Kennedinin fikrincə, ABŞ-da inqilab başlayacaq, onun idealizmə, yoxsa qaranlıq reqressiv qüvvələrə əsaslanacağı yeganə sual qalır.

“Seçim bizimdir”, - prezidentliyə namizəd əlavə edib.

Bundan əvvəl Pensilvaniyada seçki kampaniyası zamanı sui-qəsdə məruz qalan keçmiş prezident Donald Tramp kiçik Robert Kennedinin təhlükəsizliyini təmin etməyə çağırmışdı. Tramp hesab edir ki, Kennedinin “ailə tarixini nəzərə alaraq” təhlükəsizliyi təmin edilməlidir.

Qeyd edək ki, Robert Kennedinin eyni ad-soyadlı atası Robert F.Kennedi 1968-ci ildə prezidentliyə namizədlyini verdikdən sonra sui-qəsd nəticəsində öldürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR