Onlayn ictimai-siyasi qəzet
Keyt Middlton xərçəng xəstəliyinin stabilləşdiyini və müalicəsində əhəmiyyətli irəliləyiş əldə edildiyini deyib.
Musavat.com AZƏRTAC-a istinadla xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Şahzadə müalicə aldığı Royal Marsden xəstəxanasını ziyarət edərək onu müalicə edən tibb işçilərinə dərin təşəkkürünü çatdırıb. O, diqqətini sağalma prosesinə yönəltdiyini qeyd edib və paylaşımında bunları bildirib: “Xərçəng diaqnozu qoyulan hər kəs yaxşı bilir ki, yeni reallığa uyğunlaşmaq üçün vaxt lazımdır. Mən gələcəyə ümidlə baxır və qarşıdan gələn il üçün dolğun bir həyat planlayıram”.
Ziyarət zamanı Keyt Middlton xəstəxanadakı digər xəstələrlə də görüşərək, onların vəziyyəti ilə yaxından maraqlanıb və onlara dəstək verib. Şahzadə hər zaman ümidin vacibliyini vurğulayaraq sağalma yolunda irəliləyən hər kəsi ruhlandırıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ