İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərkiyə görə ermənilərdən çox narahat olan iranlı "professor"

Tehranın “Əllamə Təbatəbayi” Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, siyasi ekspert Ehsan Movəhhediyan diqqət çəkən fikirlər səsləndirib.

Ermənipərəst və anti-Azərbaycan mövqeyi, bədnam siyasi şərhləri ilə seçilən Movəhhediyan özünün sosial media hesabında yazıb ki, "Kərki kəndinin Bakıya verilməsi Ermənistan üçün yalnız intihar deməkdir".

Movəhhediyandan Tehrana çağırış: "İrəvanla iqtisadi əlaqələrə daha ciddi yanaşın"Azərbaycana "Bakı Respublikası" deməklə həddini aşan iranlı ekspert Paşinyanın məlum açıqlamasından sonra ermənilərdən çox narahatlıq keçirdiyin gizlətməyib: "Paşinyan "Bakı Respublikasının" iddia etdiyi kəndləri qaytarmağa hazır olduğunu bildirib. Həmin kəndlərdən birinin adı Kərkidir və düz İran-Ermənistan tranzit yolunun üzərində yerləşir. Onun Bakıya təqdim edilməsi (Əslində qaytarılması-red.) Ermənistan üçün yalnız intihar deməkdir. Cənab Paşinyan, əvəzində bir şey almadan hara qədər geri çəkilmək istəyirsən?".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Azatutyun”a (“Azadlıq Radiosu”-red.) müsahibəsində deyib ki, ölkəsi Azərbaycanın işğal altında olan 8 kəndini qaytarmağa hazırdır.

“Əgər Azərbaycan hazırdırsa, biz də hazırıq. 1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”,- Paşinyan əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR