İnsanlara hürriyət, millətlərə istiqlal!

Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib

Abşeron rayonu, Saray qəsəbəsi ərazisində hərbi sursatlar aşkar edilib.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd PM 9 mm-lik Makarov tipli tapança, 16 mm-lik 2 ədəd ov tüfəngi, 4 ədəd F-1 əl qumbarası, 7 ədəd RQD5 əl qumbarası, 10 ədəd UZRQM2 partladıcısı, 69 ədəd 7x62 mm-lik kiçik çaplı mərmi, 17 ədəd 9x19 mm-lik kiçik çaplı mərmi, 9 ədəd OQ-7V silahdan atılan qəlpəli qumbara və 11 ədəd OQ-7PM qumbaranın barıt yükü olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR