İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 62 yaşlı Tahir Qurbanov saxlanılıb.

DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, o, vətəndaşları işə düzəltmək və digər vədlərlə aldadaraq onların 36 min manat pulunu ələ keçirib.

Saxlanılan şəxs zərərçəkmişlərə özünü hüquq müdafiəçisi kimi təqdim edib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Onun qanunsuz əməllərindən zərər görən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR