İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin XİN başçısı: Vaşinqton Pekinlə münasibətlərə ikiüzlü yanaşır

“Vaşinqton Pekinlə münasibətlərə ikiüzlü yanaşır, digər tərəfdən dialoqu davam etdirir, digər tərəfdən isə Çinin inkişafını boğur”.

Musavat.com xəbər verir ki, bunu Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı Çinin xarici işlər naziri Van İ bildirib.

“ABŞ hər zaman Çinə qarşı ikiüzlü ola bilməz. Bir tərəfdən siz (ABŞ - Qeyd) Çini təntənəli şəkildə cilovlayır, sıxışdırırsınız, digər tərəfdən heç nə olmamış kimi əməkdaşlıqdan danışırsınız. Çünki ABŞ Çinlə münaqişəyə girmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Bizimlə əvvəldən düzgün anlayış yaratmaq və əlaqələr qurmaq lazımdır”, - deyə o qeyd edib.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Van İ və Blinken görüşü səmimi və əsaslı adlandırıb. Tərəflər beynəlxalq və regional məsələlər üzrə əlaqə saxlamaq barədə razılığa gəliblər.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR