Onlayn ictimai-siyasi qəzet
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Dədəş Ataşov vəzifəsindən azad edilib.
Musavat.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, o, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılıb.
D.Ataşovun yerinə Füzuli Yusif oğlu Talıbzadə təyin olunub.
Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ