İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərin flora və faunası məhv edilir

Ermənistanın işğalından azad edilən rayonlarımız sırasında flora və faunasının zənginliyinə görə Kəlbəcər ilk yerdədir. Lakin təəssüflər olsun ki, Allahın Kəlbəcər rayonuna verdiyi bu zənginlik sürətlə məhv edilir.

Musavat.com xəbər verir ki, son günlər sosial şəbəkələrdə Kəlbəcər rayonunun flora və faunasının məhv edilməkdə olduğu haqda SOS siqanlı verilir.

Kəlbəcərə səfər edən insanlar Qırmızı kitaba düşən xallı forel balığı, dağ keçiləri, cüyür və digər heyvanların ovlandığını yazırlar. Sosial şəbəkələrdə qanunsuz balıq ovu edildiyini təsdiqləyən videolar yayılır. El arasında "qızıl balıq" adlandırılan xallı forelin, hətta tilovla ovlanması belə, qadağan olduğu halda təbiətə qənim kəsilən şəxslər heç bir qanun-qadağaya məhəl qoymurlar.

Musavat.com-un Kəlbəcərdə olan əməkdaşı da rayon ərazisində təsərrüfatla məşğul olan sakinlərlə görüşündə bu barədə saysız-hesabsız şikayətlər dinləyib. Sakinlər qanunsuz ov edən şəxslərin, xüsusən də xallı forel ovlayanların sırasında bir çox hallarda hərbi geyimdə olan səbatsız adamlara rast gəldiklərini deyiblər. Sakinlərin sözlərinə görə, Qırmızı kitaba düşən xallı qızıl balıq başda olmaqla Kəlbəcərin faunası məhv edilir. Onlar qeyd edirlər xallı qızıl balığı qarmaqla tutmaqla nəslini kəsmək mümkün deyil. Ancaq ya çayın məcərasını dəyişib, ya dərmanla, ya da elektriklə balığın məhv edilməsi prosesi sürətlə davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə Kəlbəcər təbiətinin məhvinin qarşısının alınması üçün təcili sərt tədbirlər görülməsi barədə çağırışlar edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR