İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş MMA döyüşçüsü avtomobil qəzasına düşüb

Keçmiş MMA döyüşçüsü Məhəmməd Mokayev Rusiyada avtomobil qəzasına düşüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, idmançının idarə etdiyi “Mercedes-AMG A35” markalı avtomobil yoldan çıxaraq kanala aşıb.

Hadisə zamanı onun dostu da maşında olub, lakin heç biri xəsarət almayıb. Onlar yerli sakinlərin köməyi ilə avtomobildən çıxarılıb.

Qeyd edək ki, M.Mokayev Rusiyada doğulsa da, 12 yaşından Böyük Britaniyada yaşayır. O, qarışıq döyüş növləri üzrə yarışlarda İngiltərəni təmsil edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR