İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş məmur oğlu 200 min dollarlıq girovla AZADLIĞA ÇIXDI

Keçən il torpaq sahələri ilə bağlı dələduzluq ittihamı ilə həbs edilən Gümrü şəhərinin keçmiş meri Xaçatur Balasanyanın oğlu ilə bağlı məhkəmə qərarı elan olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, 80 milyon dram (200 min dollar) məbləğində girov ödəmək şərti ilə ev dustaqlığına buraxılıb.

Bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi qərar verib.

Qeyd edək ki, Gümrünün keçmiş meri Xaçatur Balasanyanın oğlu İrəvan hava limanında saxlanılmışdı. Samvel Balasanyan xaricdə müalicə alan atasına baş çəkmək üçün ölkəni tərk etməyi planlaşdırırdı, lakin o, Zvartnotsdan geri qaytarılmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR