Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) Ukraynaya 134 milyard avro dəyərində yardım ayırıb, bunun 50 milyard avrodan çoxu hərbi dəstəkdir.
Musavat.com xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
“Biz artıq 134 milyard avro yardım göstərmişik, bunun təxminən 50 milyardı hərbi yardımdır. Yardımın azaldılmasını müzakirə edə bilmərik, əksinə, onu artırmalıyıq”, – deyə Kallas vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna Aİ-nin əsas prioriteti olmalıdır.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ