İnsanlara hürriyət, millətlərə istiqlal!

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ: Dövlətin iki əsas məqsədi var...

Son illərin statistikası göstərir ki, Azərbaycanda vətəndaşlar arasında bank kartları ilə alış-veriş edənlərin sayı sürətlə artır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin ilk rübündə nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxalıb. Təkcə POS-terminallar vasitəsilə edilən ödənişlərdə 30%-ə yaxın artım qeydə alınıb. Maraqlıdır, nağdsız ödənişlərin hansı üstünlükləri var.

Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, son illərdə nağdsız ödənişlər getdikcə daha da populyarlaşır:

“Bu tendensiyanın əsas səbəblərindən biri ƏDV-nin (Əlavə Dəyər Vergisinin) müəyyən hissəsinin geri qaytarılması mexanizmidir. Əgər əvvəllər ƏDV-nin kiçik bir hissəsi qaytarılırdısa, son illərdə nağdsız ödənişlər zamanı daha böyük məbləğ geri ödənilir. Vətəndaşlar da bu fürsətdən yararlanmaq üçün alış-veriş zamanı nağdsız ödənişlərə üstünlük verirlər. Dövlətin bu mexanizmi tətbiq etməkdə iki əsas məqsədi var: birincisi, vətəndaşları nağdsız ödənişlərə təşviq etmək, ikincisi, ticarət obyektlərində vergidən yayınma hallarının qarşısını almaq”.

Ekspert qeyd edib ki, nağdsız ödənişlərin digər üstünlükləri də var:

“Məsələn, insanlar üzərlərində nağd pul gəzdirməyə ehtiyac duymur, bu isə oğurluq riskini azaldır. Həmçinin mağazalarda nağd ödəniş zamanı xırda pul problemi yaşanır, bəzən satıcılarda qaytarmağa uyğun məbləğ olmur. Nağdsız ödənişdə isə vətəndaş məbləğin dəqiq qədərini ödəyir və belə problemlərlə üzləşmir. Bütün bu üstünlüklər nağdsız ödənişləri daha cəlbedici edir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR