Onlayn ictimai-siyasi qəzet
Kanadanın baş naziri Mark Karni Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudu qarşıdan gələn G7 sammitində iştirak etməyə dəvət edib.
Musavat.com xəbər verir ki, məlumatı Global News kanalı yayıb.
Kanalın mənbələri hələlik vəliəhdin Kanada hökuməti başçısının dəvətini qəbul edib-etmədiyini təsdiqləyə bilməyib. Qeyd olunur ki, Məhəmməd bin Salman Əl Səud ötən il İtaliyada keçirilən G7 liderlərinin görüşünə dəvət olunsa da, iştirak etməyib.
2025-ci il G7 sammiti 15-17 iyun tarixlərində Kanadanın Kananaskis kurort bölgəsində (Alberta) keçiriləcək.
Musavat.com
11 Iyun 2025
10 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ