İnsanlara hürriyət, millətlərə istiqlal!

Karlson Putinlə şəxsi söhbətinin təfərrüatlarını açıqlayıb

Amerikalı jurnalist Taker Karlson “The Wall Street Journal” qəzetinə bu ilin fevralında Rusiya prezidenti Vladimir Putindən gptürdüyü müsahibədən sonra onunla şəxsi söhbəti haqda danışıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Karlsonun sözlərinə görə, o, Rusiya Federasiyasının rəhbəri ilə “çəkiliş qrupundan və mühafizəçilərdən uzaqda” danışa bilib. Jurnalist Putinin Ukraynadakı münaqişənin nüvə savaşına çevrilməsi perspektivindən narahat olduğunu bildirib. Prezident həmçinin 2022-ci ilin fevralından sonra ABŞ prezidenti Co Baydenlə əlaqə saxlaya bilməməsindən məyus olduğunu bildirib. Bundan əlavə, Putin bəyan edib ki, Amerika administrasiyasında “Ukraynada kökləri olan” və sülh səylərinə mane olan adamlar var.

WSJ ilə söhbətində Karlson qeyd edib ki, Putin demokrat deyil, Rusiya isə “böyük qəddarlığa qadir olan avtoritar ölkədir”. Eyni zamanda, o hesab edir ki, Ukraynada hərbi əməliyyatlar qonşu ölkənin NATO-ya daxil olması perspektivlərinə görə başlayıb və Rusiyanı buna “itələyən” ABŞ-ın mövqeyi olub.

Xatırladaq ki, fevral ayında Putin Karlsona iki saatlıq müsahibə verib.  Müsahibə zamanı Rusiya prezidenti tarixlə bağlı yarım saata yaxın mühazirə oxuyub, həmçinin Rusiyanın NATO-ya daxil olmaq cəhdindən danışıb. Putin həmçinin bildirib ki, “Rusiya təhlükəsi” ilə bağlı bütün bəyanatlar “adi insanlar üçün dəhşət hekayələridir”. Əslində, onun sözlərinə görə, Rusiya Federasiyasının “nə Polşada, nə də Latviyada, heç bir yerdə marağı yoxdur”.

Moskvadan vətəninə qayıtdıqdan sonra Karlson Rusiyanı haqlı göstərən açıqlamalar verirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR