İnsanlara hürriyət, millətlərə istiqlal!

Kandelaki Qazaxıstan xalqını hiddətləndirdi - XİN hərəkətə keçdi

Teleaparıcı, TNT kanalının direktoru Tina Kandelakinin Qazaxıstana girişinə qadağa qoyulacaq.

Musavat.com RBK-ya istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarov deyib.

“Lazım gələcəyi təqdirdə tədbirlər görülür. Bizdən girişi qadağan olunanların siyahısını tələb etməyin, amma dövlət bunu heç vaxt bağışlamayacaq. Ola bilsin ki, Kandelaki Qazaxıstana səfər etməyi planlaşdırmır, lakin belə qərara gəlsə, onu ölkəyə buraxmayacaqlar”, - deyə Smadiyarov jurnalistlərin sualını cavablandırarkən deyib.

Xatırladaq ki, bu günlərdə Tina Kandelaki özünün teleqram kanalında Qazaxıstanda rus dilinin dövlət səviyyəsində sıxışdırılması ilə bağlı yazı dərc edib. O, nümunə kimi Nəqliyyat Nazirliyinin bir neçə dəmir yolu stansiyalarının adlarının dəyişdirilməsi və rus adlarının qazax adları ilə dəyişdirilməsi təşəbbüsünü misal göstərib.

“Baltikyanı ölkələrin təcrübəsi göstərdi ki, bu, çox təhlükəli tendensiyadır. Orada da hər şey tədricən başladı, sonra isə rus məktəbləri bağlandı, sovet abidələri yığışdırıldı, rus dili qadağan edildi və nəhayət pensiyaçılar soyuğa qovuldu. Aydındır ki, tarixdəki yerini dəstəkləmək bəhanəsi ilə çox uzağa getmək olar, belə şübhəli qərarları təbliğ etmək üçün tarixin arxasında gizlənmək xüsusilə rahatdır”, - deyə teleaparıcı qeyd edib.

Kandelakinin bu paylaşımı bir çox qazax deputatlarının kəskin reaksiyasına səbəb olub. Belə ki, deputat Maksat Tolıkbay xatırladıb ki, hazırda Qazaxıstan əhalisinin 70%-dən çoxunu etnik qazaxlar təşkil edir və qazax dili ölkənin yerli əhalisinin əksər hissəsini birləşdirir.

Milli Məclisin deputatı İrina Smirnova isə deyib: “Bu, insanın şəxsi fikridir. Ümumiyyətlə, onun (Kandelakinin) Qazaxıstanla əlaqəsi varmı? O, burada idi? Əslində, heç kim heç nəyi sıxışdırmır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR