İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadanın 22-ci baş naziri Etibar Məmmədovu TƏBRİK ETDİ

Xəbər verildiyi kimi, bu il aprelin 2-də Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu, ilk sədri və fəxri lideri Etibar Məmmədovun 70 illik yubileyi tamam oldu. Bu münasibətlə aprelin 1-də siyasətçilərin, ictimai-siyasi xadimlərin, media rəhbərlərinin və jurnalistlərin iştirakı ilə geniş tədbir keçirilib. Tədbirdə Etibar Məmmədov haqqında yazılmış iki cildlik siyasi-bioqrafik kitabın təqdimatı da baş tutub.

AMİP dünyada 80-dən artıq sağ-mərkəz partiyanı birləşdirən Beynəlxalq Demokrat İttifaqının (IDU) üzvüdür. Etibar Məmmədov 17 il ərzində bu təşkilatda sədr müavini vəzifəsində çalışıb. AMİP-ə və Etibar Məmmədovun adına həm IDU çərçivəsində ikitərəfli əməkdaşlıq etdiyi siyasi partiyalardan – Almaniyanın Xristian Demokrat İttifaqı, İsveçin Moderat Partiyası, ABŞ-ın Respublikaçılar Partiyası, İspaniyanın Xalq Partiyası, Gürcüstanın Milli Birlik Hərəkatı, Böyük Britaniyanın Mühafizəkarlar Partiyası və digər partiyalardan, həm də birbaşa Beynəlxalq Demokrat İttifaqının özündən təbrik məktubları daxil olub və gəlməkdə davam edir.

Musavat.com Beynəlxalq Demokrat İttifaqının sədri, Kanadanın 22-ci baş naziri Stefen Harperin adından göndərilmiş təbrik məktubunu təqdim edir:

"Əziz Cənab Məmmədov,

Böyük məmnuniyyət hissi ilə Sizi 70 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Beynəlxaq Demokrat İttifaqı (İDU ) adından sizə həyatınız boyu Azərbaycan xalqına göstərdiyiniz fədakarlıq, liderlik və demokratiya quruculuğunda xidmətləriniz üçün təşəkkür edirik.

Sizin milli müstəqillik, azadlıq və demokratik idarəçilik prinsiplərinə sarsılmaz sadiqliyiniz Azərbaycanın siyasi məkanında silinməz iz buraxmışdır. AMİP-in qurucusu olaraq sizin liderliyiniz demokratik dəyərlərin inkişafında və xalqınızın istəklərinin irəliləməsində mühüm rol oynamışdır. Sizə bu əlamətdar gündə can sağlığı və neçə-neçə xoşbəxt illər arzu edirik.

Sizin Azərbaycan xalqına fədakarlıq mirasınız və xidmətləriniz həm ölkənizdə həm də onun hüdudlarından kənarda gələcək lider nəsilləri də ruhlandırsın!

Hörmətlə,

Stefen Harper

Beynəlxalq Demokratik İttifaqın sədri

Kanadanın 22-ci baş naziri"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR