İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada meymunçiçəyinə yoluxanların sayı 112 nəfərə çatıb

Kanadanın Səhiyyə Nazirliyi indiyə qədər ölkə əhalisi arasında 112 nəfərin meymunçiçəyi xəstəliyinə yoluxduğunu təsdiqləyib.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, yoluxma hallarının əksəriyyəti Kvebek əyalətində qeydə alınıb - 98 nəfər. Həmçinin Ontario əyalətində doqquz nəfər, Alberta əyalətində isə dörd nəfər bu xəstəliyə yoluxub. Kanadada meymunçiçəyinə ilk yoluxma halları mayın ortalarında Monreal şəhərində aşkarlanıb.

Qeyd edək ki, meymunçiçəyi nadir virus xəstəliyidir və əsasən Afrikanın mərkəzi və qərb hissəsində tropik meşələrin yaxınlığında yerləşən yaşayış məntəqələrində rast gəlinir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan keçir və onun insandan insana ötürülərək ikinci yayılma mərhələsi məhdud xarakter daşıyır. Adətən meymunçiçəyi epidemiyalarında ölüm halları 1-10 faiz təşkil edir və onların əksəriyyəti gənc yaş qruplarında baş verir. Meymunçiçəyi xəstəliyinin xüsusi müalicəsi və ya peyvəndi yoxdur, lakin virusa qarşı əvvəlcədən vurulan peyvənd xəstəliyə qarşı yüksək effektiv profilaktikanı təmin edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR