İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamranla 1 – Kamran Həsənli və Sevinc Telmanqızı gündəmi müzakirə edir

“Rusiya Xersondan çəkilməyin yollarını düşünür”. “Rusiya işğalçıları Xersondan çəkilməyin yollarını düşünür və hazırlayırlar. Onlar artıq düşüncələrində Xersonu təhvil verirlər”.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç “Feyqin Live” kanalına açıqlamasında deyib. Arestoviçin fikrincə, ruslar Xersondan “Antonov körpüsü” vasitəsilə çəkilməyi düşünürlər: “Bu körpü geri çəkilmək üçün onlara çox lazımdır. Onlar Xersondan çəkilməklə bağlı mühəndis işləri üzərində düşünürlər. Onların başqa variantı yoxdur və geri çəkilməyə dair hazırlığın əlamətləri getdikcə çoxalır. Mən 101 faiz əminəm ki, onlar artıq düşüncələrində Xersonu təhvil verirlər”.
Arestoviç deyib ki, ruslar məğlub olduqlarını anlayıblar və avqustun ortalarından noyabra qədər onların “xoş məramlı addımları”nın şahidi olacağıq.
Xatırladaq ki, Rusiya tərəfi məğlub olaraq Kiyev ətrafından və İlan adasından çəkiləndə də bunu “xoş məramlı addım” kimi qələmə vermişdilər. Arestoviç də açıqlamasında bunu nəzərdə tutur.


Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. K.Həsənli gündəmi aparıcı həmkarı Sevinc Telmanqızı ilə müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

 

Youtube səhifəsinin ünvanı:

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR