Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova iclası açıq elan etdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçilib.
Sədr bildirib ki, ilk olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Baş prokuror vəzifəsinə təyin olunması üçün Kamran Əliyevin namizədliyi parlamentə təqdim olunub.
Bundan sonra iclasda iştirak edən Kamran Əliyevi salamlayan S.Qafarova sözü Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə verdi. Komitə sədri Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında məlumat verdi, həmçinin namizədliyi irəli sürülən K.Əliyevlə bağlı yüksək fikirlər söylədi. Onun rəhbərlik etdiyi dövrdə Respublika Prokurorluğunun uğurlu fəaliyyətindən bəhs etdi. Bildirdi ki, rəhbərlik etdiyi komitə K.Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı parlamentə müraciət edib. Bundan sonra K.Əliyevin Baş prokuror təyin olunması ilə bağlı qərar layihəsi səsə qoyuldu və yekdilliklə qəbul olunub. 111 lehinə, 1 bitərəf olmaqla parlament K.Əliyevin namizədliyini müdafiə etdi.
K.Əliyev parlament tribunasından çıxış edərək ölkə rəhbərliyinə və deputatlara təşəkkür edib. Spikerin təbriklərinə deputatlar da alqışlarla dəstək veriblər.
E.Paşasoy,
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ