İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Putin Odessanı BOMBALAMAQ ƏMRİ verdi, Patruşev "Bura qədim RUS ŞƏHƏRİDİR" dedi

Bütün dünyaya Ukraynada guya sülh istədiyini bəyan edən və Tramp administrasiyasının başını nəticəsiz danışıqlarla qatan Rusiya Ukraynanın dinc şəhərlərinə dəhşətli zərbələr endirməkdə davam edir.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, mayın 1-nə keçən gecə Rusiya hərbçiləri 5 “İsgəndər-M” ballistik raketi və müxtəlif tipli 170 pilotsuz təyyarə ilə Ukrayna ərazisinə zərbələr endirib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı məlumat yayıb.

Ukrayna hərbçiləri 74 “Şahed” tipli hücum pilotsuz təyyarəsini vurub. Hücum Ukraynanın Odessa, Xarkov, Sumı, Donetsk və Kiyev vilayətlərini əhatə edib.
Odessa vilayətinin rəhbəri Oleq Kiper deyib ki, Odessada çoxmərtəbəli yaşayış evləri və fərdi evlər, supermarket, məktəb və avtomobillərə ziyan dəyib. Şəhərdə bir neçə yanğın baş verib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, iki nəfər ölüb, daha 15 nəfər yaralanıb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR